İnsanlara hürriyət, millətlərə istiqlal!

Şolts: “Aİ Ukraynaya 18 milyard avro ayırmağa razı olmalıdır”

Almaniya kansleri Olaf Şolts Avropa İttifaqının 2023-cü ildə Ukraynaya 18 milyard avroluq maliyyə yardımı barədə razılığa gələcəyini gözləyir.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə o, Tiranada Aİ-Qərbi Balkan sammitində deyib.

“Bu vəsaitlər təcili tələb olunur, onlar ayrılmalıdır. Mən bunu edəcəyimizə əminəm”, - deyə o, bildirib.

Şolts bunun üçün Aİ-nin bütün 27 ölkəsinin razılığının lazım olduğunu xatırladıb.

Noyabrın əvvəlində Avropa Komissiyası 2023-cü il ərzində Ukraynaya 18 milyard avro həcmində iqtisadi yardım göstərmək planını irəli sürüb. Avropa Parlamentinin deputatları artıq bunu dəstəkləyib, lakin Aİ ölkələrindən biri - Macarıstan hələ ki, razılığını verməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR