İnsanlara hürriyət, millətlərə istiqlal!

Solovyov “Xankəndi” sözünü yazan redaktorunu cəzalandıracaq - VİDEO

Azərbaycan əleyhinə təxribatçı çıxışları ilə tanınan Vladimir Solovyov "Stepanakert" əvəzinə Xankəndi yazmağa cəsarət edən teleqram kanalının redaktorlarını cəzalandıracağını vəd edib.

Ölkə.Az xəbər verir ki, o bunu erməni bloger Mika Badalyanla söhbəti zamanı deyib. 

Belə ki, Solovyovun verilişində həmkarlar arasında dialoq zamanı erməni bloger çəkingən şəkildə sözügedən faktla bağlı ona narazılığını ifadə edib.

Solovyov isə redaktorları kimi ağıllı davranmağı seçməyib və erməni toponimlərindən istifadə etdiyini fəxrlə bildirib.

Hətta özünə bəraət qazandırarcasına “ola bilsin hansısa səhifənin paylaşımı kanala yönləndirilib” deyib.

Qeyd edək ki, bir çox teleqram kanalların da Solovyovun kanalında “Xankəndi” sözünü işlətməsini təəccüblə qarşılanmışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR