İnsanlara hürriyət, millətlərə istiqlal!

Soledarı xarabaya o çevirib - FOTO

Rusiyanın Ukraynanın Soledar şəhərinə hücumunun əsas qüvvəsini təşkil edən “Vaqner” ÖHŞ bölmələrinə keçmiş xüsusi təyinatlı zabit Anton Yelizarov komandirlik edir. Bu adam vaxtilə Rusiya məhkəməsi tərəfindən mənzilin özəlləşdirilməsində dələduzluqda təqsirli bilinib.

Musavat.com xəbər verir ki, bu barədə “Dosye” mərkəzinin araşdırmasında bildirilir.

Yanvarda şəhərin tutulması elan edildikdən sonra “vaqnerçilər”in başçısı Yevgeni Priqojin əməliyyata rəhbərlik etdiyi iddia edilən şəxsi ictimaiyyətə təqdim edib. Lakin Priqojin onu yalnız ləqəbi ilə - “Lotos” deyə adlandırıb. Daha sonra kremlpərəst teleqram kanalları komandirin Rusiya qəhrəmanı adına layiq görüldüyü barədə məlumat yayıb.

“Dosye” mərkəzinin məlumatına görə, Anton Yelizarovun 41 yaşı var, o, Ulyanovsk Qvardiya Suvorov Hərbi Məktəbini və Ryazan Ali Hava Desant Komandanlıq Məktəbini bitirib. Keçmiş hərbçi Hava-Desant Qüvvələrində və Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı dəstələrində xidmət edib. 2014-cü ildə məhkəmə onu xidməti mənzilin özəlləşdirilməsində dələduzluq etdiyinə görə 3 il sınaq müddəti və cərimə cəzasına məhkum edib. Anton Yelizarov bundan sonra Müdafiə Nazirliyini məhkəməyə verib və 2016-cı ildə evindən qovulub. Elə həmin il “Vaqner” ÖHŞ-də işə düzəlib. Onların Krasnodar diyarının Molkin şəhərində xüsusi təlim keçdikləri bazalarının olduğu bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR