İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk aktrisayla ərindən Azərbaycan açıqlaması - VİDEO

“Adını Feriha koydum” serialındakı Hande obrazı ilə tamaşaçılara tanış olan Ceyda Ateş və həyat yoldaşı Buğra Toplusoy Azərbaycanla bağlı açıqlama verib.

Sosial şəbəkələrdə paylaşdıqları videolarla daha da populyarlaşan cütlük azərbaycanlı izləyicilərini salamlayıb.

Onlar paylaşdıqları videonun açıqlama bölməsinə ana dilimizdə bu şərhi yazıb:

“Əziz azərbaycanlı qardaşlarımız! Sizin dəstəyinizi hər zaman hiss edirik və bu, bizə çox böyük sevinc bəxş edir. Elə buna görə də bu mesajı yazmağı özümüzə borc bildik. Sizi çox sevirik, birliyimiz və qardaşlığımız daimi olsun!” (olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR