İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücülərin NƏZƏRİNƏ: bu yollarda təmir gedir

Nəsimi rayonu, Rövşən Cəfərov küçəsi, metronun “20 Yanvar” stansiyası istiqamətində yaşayış binasında aparılan təmir işləri ilə əlaqədar avtobus zolağının müəyyən hissəsi qismən məhdudlaşdırılıb.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

"Bundan başqa, Nizami rayonu, Heydər Əliyev prospekti, mərkəz, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi, “Koroğlu” m/st istiqamətlərində yolda qısamüddətli təmir işləri aparılır. Sürücülərdən hərəkət zamanı diqqətli olmaları tövsiyə olunur", NİİM-dən bildirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR