İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK xəritə yayıldı: Bu ərazilər TƏHLÜKƏ altındadır - XƏBƏRDARLIQ

Egey dənizində ard-arda baş verən zəlzələlər Türkiyənin aktiv fay xətlərini yenidən gündəmə gətirib.

Musavat.com xəbər verir ki, AFAD və Mineral Tədqiqat və Kəşfiyyat Baş Müdirliyinin (MTA) dərc etdiyi cari qırılma xətti xəritəsinə görə, Türkiyədə 45 əyalət və 110 rayon aktiv qırılma xətləri üzərində yerləşir.

Bəs hansı vilayətlər zəlzələ riski altındadır?

AFAD və MTA-nın dərc etdiyi xəritəyə görə, Türkiyədə birbaşa aktiv qırılma xəttində yerləşən vilayətlər bunlardır: Aksaray, Aydın, Balıkesir, Bolu, Burdur, Bursa, Bingöl, Dənizli, Eskişehir, Ərzincan, Ərzurum, Hakkari, Hatay, İzmir, Kahramanmaraş, Manisa, Muğla, Kocaeli, Konya, Osmaniye, Sakarya, Tokat.

Bundan əlavə, 110 rayon aktiv qırılma xəttindədir.

Zəlzələlər baxımından nisbətən təhlükəsiz olan və birbaşa qırılma xəttində olmayan əyalətlər isə bunlardır: Ankara, Antalya, Sinop, Zonguldak.

Bu şəhərlərdə birbaşa aktiv qırılma xətti olmasa da, zəlzələ riski tamamilə sıfır deyil. Yaxın rayonlardakı seysmik hərəkətlər bu vilayətlərdə dolayısı ilə də hiss oluna bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR