İnsanlara hürriyət, millətlərə istiqlal!

Şok iddia: Rusiya Litvaya hücum etməyi planlaşdırırdı, ölkəni Ukrayna “xilas etdi”

“2019-cu ildə Amerika kəşfiyyatı Rusiyanın Litvaya hücum edə biləcəyini xəbər etmişdi. Lakin Ukrayna bizi belə bir bədbəxtlikdən “xilas etdi”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, belə bir sensasion məlumat Avropa Parlamentinin deputatı, Litva Xristian Demokratlar İttifaqının nümayəndəsi Rasa Yukneviçene tərəfindən səslənib.

Onun sözlərinə görə, Rusiya planlaşdırıldığı kimi üç gün ərzində Kiyevi işğal edə bilsəydi, regionda və dünyada vəziyyətin necə olacaını düşünmək belə çətin olardı.

WhatsApp Image 2022-12-20 at 16.22.23.jpeg (25 KB)

“Bu fikir beynimdən getmir, bir anlıq təsəvvür etməyə çalışın ki, fevralın sonunda Rusiya Ukraynanın Kiyevini ələ keçirsə, nə baş verərdi. O vaxt vəziyyəti təhlil edən bəzi hərbçilərin dediyi kimi, körpülərdən biri vaxtında, Ukrayna hərbçilərinin qərarı ilə partladılmasaydı, ruslar hardasa dayanmasaydı, bu, bir neçə dəqiqənin də məsələsi ola bilərdi. Onda biz regiondakı və dünyadakı vəziyyəti necə qiymətləndirərdik?”, - deyə, Avropa Parlamentinin deputatı bildirib.

Litvalı siyasətçi fevralın 24-də Ukraynaya hərbi müdaxilənin “Vladimir Putin üçün sonun başlanğıcı” olduğunu düşünür. “Yaxud bu, imperiyanın sonunun başlanğıcıdır. Çox qan axıdılır, vəziyyət qorxunc və qeyri-müəyyəndir, nə vaxt, necə bitəcəyi bəlli deyil. Amma bu bir sonun başlanğıcıdır və bu baş verir - Putin artıq uğursuzluğa düçar olur. Sadəcə döyüş meydanında məğlubiyyətin çətin anları qalıb”, - deyə, Rasa Yukneviçene iddia edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR