İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK İDDİA: Priqojinin qatili odur; Vaqnerdən HƏDƏ: “BAŞLAYIRIQ”– Sülhəddin Əkbərlə CANLI

Yevgeni Priqojinin tələsik Afrikaya getməsi və sürətlə Rusiyaya geri qayıtması Baş Kəşfiyyat İdarəsinin (QRU) rəis müavini Andrey Averyanovun rəhbərliyi altında Afrikada “Vaqner”i tamamilə əvəz etmək üçün bir sıra tədbirlər hazırlaması ilə bağlı idi. Bu barədə “VÇQ OQPU” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, bununla əlaqədar 20 min nəfərdən artıq ordu korpusunun yaradılması və təlim keçməsi nəzərdə tutulurdu. Priqojin buna son dərəcə qarşı idi və bunun qarşısını almaq üçün hər cür səy göstərdi. Qeyd edək ki, Andrey Averyanov Sergey və Yuliya Skripalların Solsberidə zəhərlənməsi, Çexiyanın Vrtebitse şəhərindəki partlayış, bolqar silah taciri Yemelyan Gebrevin zəhərlənməsi kimi əməliyyatlara rəhbərlik edib.
Xatırladaq ki, ötən gün Priqojinin olduğu şəxsi təyyarə Moskvadan Sankt-Peterburqa gedərkən Tver vilayətində qəzaya uğrayıb. İlkin ehtimala görə, təyyarə HHM sistemi vasitəsilə vurulub.

Təyyarədə olan 3 ekipaj üzvü və 7 sərnişinin hamısı ölüb.

“Vaqner” rəhbəri Yevgeni Priqojinin Moskvadan Sankt-Peterburqa uçan şəxsi təyyarənin Tverdə qəzaya düşməsi (vurulması) nəticəsində ölməsi barədə xəbərlərdən sonra vaqnerçilər video-müraciət yayıblar.

Sosial şəbəkədə yayılan müraciətdə üzü bağlı olan vaqnerçilər bildiriblər:

“Belə söhbətlər gedir ki, indiki situasiyada “Vaqner” nə ilə məşğul olacaq? Biz yalnız bir şey deyirik: Başlayırıq, bizi gözləyin!”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da siyasətçi-politoloq Sülhəddin Əkbərlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR