Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Türkiyənin duayen qəzetçilərindən olan Ardan Zentürk dünən özünün yutub kanalında çıxış edib, Amerikadakı durumu dəyərləndirib.
Bir zamanlar "Yeni Müsavat" qəzetinə də köşə yazıları yazan duayen qəzetçi təhlil nəticəsində bu qənaətə gəlib ki, ABŞ dərin dövləti hakimiyyətin bir addımlığında olan Donald Trampı vurduracaq.
Əks halda Trampın hakimiyyətə gəlməsi ilə Ukraynada, Orta Şərqdə hər şey qarışacaq, ABŞ dərin dövlətinin planları alt -üst olacaq.
Maraqlıdır ki, Ardan bəyin təhlil - proqnozu cəmi bir neçə saat sonra özünü doğruldub.
Videodan da göründüyü kimi, Ardan Zentürk bu cür dəqiq və dərin təhlili "Amerikanı yaxşı tanıdığı üçün" etdiyini vurğulayır.
Musavat.com A. Zentürkün açıqlamasının müvafiq bölümünü təqdim edir.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ