Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Soçi şəhərində keçirilən KVN festivalı zamanı komediya ustası Amiran Gevorkyan öldürülüb. “Jemçujina” otelinin yaxınlığında baş verən qarşıdurma nəticəsində aktyor ağır xəsarət alıb.
Bu barədə Rusiyanın “Şot” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Soçidə keçirilən KVN festivalı zamanı “Jemçujina” otelinin yaxınlığında dava düşüb.
Davadan öncə Amiran Gevorkyan və onu öldürən dağıstanlı Artur Rəsulov bir masa arxasında əyləşərək spirtli içki qəbul ediblər.
Tərəflər aralarında mübahisə yaranıb və bu, davaya çevrilib. Buna festivalın mühafizəsi reaksiya verib və mübahisə tərəfləri çölə çıxarılıb. Orada Rəsulov Gevorkyanı başından vurub. Sonuncu aldığı zərbədən yerə yıxılıb və ağır bədən xəsarətləri alıb.
İddiaya görə, Gevorkyan qarşı tərəfin anasını təhqir edib və özünü ədəbsiz aparıb.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ