Onlayn ictimai-siyasi qəzet
Kanadanın baş naziri Mark Karni avqustun 25-dən 27-dək Polşa, Almaniya və Latviyaya səfər edəcək.
Musavat.com xəbər verir ki, məlumatı Kanadanın baş nazirinin mətbuat xidməti yayıb.
Bildirilir ki, Karni “Avropa müttəfiqləri ilə münasibətləri gücləndirməyə və ticarət, enerji, kritik minerallar və kollektiv müdafiə daxil olmaqla əsas sahələrdə əməkdaşlığı inkişaf etdirməyə diqqət yetirəcək”.
Həmçinin qeyd olunur ki, Kanadanın baş naziri Berlində Almaniya kansleri Fridrix Merzlə görüşəcək.
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ