Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun evində aparılan axtarış qisas aktıdır.
Musavat.com xəbər verir ki, bu, The Wall Street Journal-ın hazırladığı materialda əksini tapıb. Nəşr axtarışı ABŞ prezidentinin “qisas kampaniyası” adlandırıb.
ABŞ hüquq-mühafizə orqanları Boltonla bağlı aparılan təhqiqatın Merilend ştatındakı evində saxlanılan məxfi sənədlərə aid olduğunu desələr də, WSJ istintaqın siyasi qisas olduğunu iddia edir: "Basqını qisas jestindən başqa bir şey kimi görmək çətindir. Bolton ilk səlahiyyət müddətində Trampın gözündən düşdü. Sonra o, Tramp hələ prezident olarkən Ağ Evdəki təcrübələri haqqında kitab yazdı. Tramp cəhd etdi, lakin nəşrin qarşısını ala bilmədi"ş
WSJ xatırladıb ki, Boltonun kitabı 2020-ci ildə nəşr olunduqdan sonra Tramp açıq şəkildə onu məxfi məlumatları açıqlamaqda ittiham edib. Bununla belə, qəzet yazır ki, kitab nəşr olunmazdan əvvəl Ağ Ev tərəfindən məxfi materiallar üçün hərtərəfli yoxlamadan keçib.
Materialda qeyd olunur ki, qisas hələ yanvardan başlanıb: Trampın qərarı ilə onun keçmiş məsləhətçisinin təhlükəsizlik rəisi işdən çıxarılıb.
WSJ-nin məqaləsində iddia edilir ki, federal hökumətin araşdırmasının əsl motivi Boltonun Trampın qərarlarını daim tənqid etməsidir: "Çətin ki, Bolton milli sirrlər haqqında qanunları pozub. Onunla uzunmüddətli əməkdaşlığımız zamanı o, şübhəsiz ki, bunların heç birini bizimlə bölüşməyib. Amma ola bilsin ki, Tramp prosesin özünü cəzaya çevirmək niyyətindədir. Hətta son nəticədə heç bir cinayət ittihamı irəli sürülməsə belə". Nəşr qeyd edir ki, Bolton indi hüquqi yardım üçün pul ödəməlidir və onun ailəsi federal hökumətin təzyiqi ilə bağlı narahatlığa dözməlidir.
Musavat.com
26 Avqust 2025
25 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ