İnsanlara hürriyət, millətlərə istiqlal!

Snup Doqun İrəvandakı 6 milyonluq konserti ləğv edildi

Amerikalı reper Snup Doqun sebtyabrın 23-də İrəvanda keçirəcəyi konsert ləğv olunub.

Musavat.com bildirir ki, bu barədə sosial şəbəkədə tədbirin təşkilatçısı olan şirkətə məxsus "Doping space" səhifəsində məlumat verilib.

Konsertin hansı tarixdə həyata keçiriləcəyi haqda məlumat verilməyib.

Xatırladaq ki, Snup Doq bir müddət əvvəl İrəvanda konsertini elan edərkən Qarabağ bölgəsini "Artsax" adlandıraraq təxribat xarakterli mesaj yayımlayıb, Azərbaycana qarşı hörmətsizlik etmişdi. Ermənistan hökuməti konsertin keçirilməsi üçün 6 milyon dollar xərc çəkib.

WhatsApp Image 2023-09-21 at 11.54.09.jpeg (48 KB)

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR