İnsanlara hürriyət, millətlərə istiqlal!

Smolensk "respublikası"nın tərəfdarları Rusiyaya meydan oxuyur: Belarus iddiası

Anonim “dekolonizatorlar” Smolensk kremlinin divarları önündə Belarus müxalifətinin ağ-qırmızı-ağ bayrağını açıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə məlumat, Smolensk vilayət dumasının keçmiş deputatı, Rusiya Kommunist Partiyasının (KPRF) üzvü olmuş Vladislav Jivitsanın rəhbərliyi altında 2023-cü ilin avqustunda Varşavada Smolensk vilayətinin “müstəqilliyini” elan edən “Smolensk Respublikası” adlı Telegram kanalı tərəfindən yayılıb.

Həmin vaxt Jivitsa Ukrayna Silahlı Qüvvələri üçün Smolensk batalyonu yaradacağına və bu batalyona Smolensk vilayətinin sakinləri arasından toplanacaq şəxslərin daxil edilərək Belarusun Kalinovski alayına qatılacağına söz vermişdi. O, həmçinin Smolensk vilayətində etnik təmizləmələr aparılacağını bildirib:

“...Biz bəyan edirik ki, 24 fevral 2022-ci ildə başlayan cinayətkar müharibədən sonra Rusiya hakimiyyəti və onun Smolenskdəki məmurları tərəfindən Smolensk vilayətinə köçürülmüş, bu bölgənin yerli köklərinə malik olmayan şəxslər bizim tərəfimizdən arzuolunmaz qonaqlar kimi qəbul ediləcək və Smolensk Respublikası yaradıldıqdan sonra onlar ya bu ərazini tərk etməli, ya da respublikanın qanunlarına uyğun şəkildə təbiiləşmə (vətəndaşlığa qəbul) prosesindən keçməlidirlər”,- deyə bəyanatda bildirilir.

Lakin keçmiş deputatın bu iddiaları yalnız bəyanatlar səviyyəsində qalıb: Smolensk batalyonu yaradılmayıb. Əvəzində isə “Smolend” (yəni guya müstəqil Smolensk vilayəti) adlanan qurumun “rəsmi nümayəndəsi” kimi neonasi baxışları ilə tanınan və bir vaxtlar İlya Ponomaryovun köməkçisi olmuş Aleksey Baranovski təyin olunub. Baranovski, 2009-cu ildə Moskvada Stanislav Markelov və Anastasiya Baburovanın qətlində birbaşa iştirakı olan şəxs kimi tanınır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR