Onlayn ictimai-siyasi qəzet
Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaşpar Ukrayna Prezidenti Volodimir Zelenskinin Slovakiyanın Baş naziri Robert Fitsonu Kiyevə dəvət etmə tərzini tənqid edib.
"Zelenski Fitsonu Kiyevə elə dəvət etdi ki, sanki pivə içməyə çağırır. Bu cür yanaşma ali səviyyəli siyasətdə mümkün deyil," – deyə Tibor Qaşpar bildirib.
Musavat.com xəbər verir ki, Qaşparın sözlərinə görə, belə davranış beynəlxalq diplomatiyanın ciddiliyinə uyğun gəlmir və dövlətlərarası əlaqələrdə daha rəsmi yanaşmaya ehtiyac var. O qeyd edib ki, bu cür qeyri-ciddi tərz həm Ukrayna-Slovakiya münasibətlərinə, həm də Avropa İttifaqı çərçivəsindəki əməkdaşlığa təsir göstərə bilər.
Fitsonun Zelenskinin dəvətinə reaksiyası isə hələ açıqlanmayıb. Bu bəyanat, Ukrayna və Slovakiya arasında münasibətlərin fonunda müxtəlif fikirlərin müzakirəsinə səbəb olub.
Musavat.com
17 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ