İnsanlara hürriyət, millətlərə istiqlal!

Slovakiya baş nazirinə sui-qəsdə görə 71 yaşlı şəxs SAXLANILDI

Slovakiya Baş naziri Robert Fitsonu güllələyən şəxsin Slovakiyanın Leviçe şəhərinin 71 yaşlı sakini olduğu üzə çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb. 

Qeyd olunub ki, nazirə sui-qəsddə şübhəli bilinən 71 yaşlı yazıçı və müxalif “Proqressiv Slovakiya” partiyasının tərəfdarı Yuray Cintuladır.

Slovakiyanın Daxili İşlər Nazirliyi respublikanın Baş naziri Fitsonun həyatına sui-qəsd cəhdinin edildiyini təsdiqləyib.

Baş nazirə ilkin tibbi yardım göstərilib. Onun həyatına hər hansı bir təhlükənin olmadığı bildirilir. Polis hadisənin motivlərini araşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR