İnsanlara hürriyət, millətlərə istiqlal!

SKANDAL! “Netflix” Türkiyənin şərq vilayətlərini Ermənistan kimi TƏQDİM ETDİ

“Netflix” şirkətinin seriallarından biri Türkiyədə böyük hay-küyə səbəb olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Netflix-də yayımlanan “Pepsi, where is my jet?” (Pepsi, jetim hardadır?) serialının birinci hissəsində Türkiyənin şərq vilayətlərinin Ermənistan kimi təqdim edildiyi xəritə göstərilib.

Serial Türkiyədə böyük səs-küyə səbəb olub, sosial şəbəkə istifadəçiləri, həmçinin media Netflix-in bu addımını “utancverici” adlandırıb.

“Pepsi, Jetim haradadır?” serialı 20 yaşlı yeniyetmənin təyyarə udmaq ümidi ilə Pepsi lotereyasında iştirakından və ondan sonra baş verən hüquqi döyüşdən bəhs edir. ABŞ universitetlərində həmin filmdəki epizodlardan hüquq dərslərində dərs vəsaiti olaraq istifadə olunur.

Qeyd edək ki, Netflix-in populyar “The SPY” adlı serialının 4-cü bölümündə də Türkiyəni bölünmüş halda göstərildiyi xəritə nümayiş etdirilmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR