İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov onu “çıxdaş” edənlərə meydan oxudu- ŞOK AÇIQLAMA

Ötən gün (3 iyul) VI çağırış Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatları Siyavuş Novruzov və Sevinc Hüseynovanın növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürə bilməyəcəkləri barədə məlumat yayıldı.

Lakin məlumat az sonra Siyavuş Novruzov tərəfindən təkzib edildi.

Musavat.com-a müsahibəsində Siyavuş Novruzov xəbəri yayanlara konkret mesajlar verib və onu “çıxdaş” edənlərə meydan oxuyub.

Xəbəri təxribat adlandıran S. Novruzov bunları deyib:

“Bu xəbər yalandır. Seçki komissiyasının tərkibinə daxil edilsəydim, onda namizədliyimi irəli sürə bilməzdim. Amma indiki halda namizədliyimi irəli sürə bilməyəcəyim haqda xəbər kökündən yanlışdır. Mərkəzi Seçki Qərargahının üzvləri arasında elə deputatlar da olmalıdır. Bu xəbər mənə qarşı açıq-aydın təxribatdır. Seçki qərargahında həm seçki planı hazırlanır, eyni zamanda tədbirlər planı yazılır. Ondan sonra məşvərətçi səs hüquqlu üzvlər, müşahidəçilər təyin olunur. Seçki prosesi partiya şəklində iştirak etmək üçün genişdir. YAP İdarə Heyəti yığışdı və Seçki Qərargahının yaradılması barədə qərar qəbul etdi. Bundan sonra səlahiyyətlər Seçki Qərargahına keçdi. Seçki proseduruna rəhbərlik etmək artıq Mərkəzi Seçki Qərargahının hüququdur. Həm namizədlərin irəli sürülməsi, həm imza toplanılması, təbliğat-təşviqat məsələləridir, təbliğat materiallarının çap olunması, paylanması, seçki günü müşahidənin aparılması kimi bütün proseslər seçki qərargahının funksiyasına daxildir. Biz də Seçki Qərargahında təmsil olunuruq. Bu, YAP rəhbərliyi tərəfindən çox yüksək etimaddır ki, bu prosesdə iştirak etmək bizə həvalə olunub. Qərargahın rəhbəri və üzvləri var, biz də bu prosesdə iştirak edirik”.

Baş verənlərdən sonra YAP-ın siyahısında adının olub-olmaması məsələsinə isə Siyavuş Novruzov konkret cavab verib:

“Əksinə, bu, daha da stimul verdi. Bu, tamam başqa məsələdir. Hətta mən burada digər namizədlərin məsələləri ilə məşğulam”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR