İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov: “Bu insanlara azərbaycanlı, insan demək olarmı?”

Milli Məclisin iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov əvvəlcə Ermənistan-İran münasibətlərindən danışdı.

Musavat.com-un məlumatına görə o bildirdi ki, Ermənistan həmişə özünün müttəfiqlərinə xəyanət edib, bir ölkəni digərinə satıb və bu dəfə də ənənəsinə sadiqdir.

 S.Novruzov ardınca anti-Azərbaycan fəaliyyəti göstərən azərbaycanlılardan da bəhs etdi. Qeyd etdi ki, Laçın yolunda Azərbaycanın haqlı tələblərini səsləndirən ekofəalların səsini eşitməyən həmin şəxslər ayrı-ayrı ölkələrin sifarişlərini yerinə yetirərək xaricdən ölkəmizə qarşı fəaliyyət göstərirlər: “Bu insanlara azərbaycanlı, insan demək olarmı? Bu insanların Azərbaycana qaytarılması məsələsi həll olunmalıdır. Onların İnterpol vasitəsilə tutulub gətirilməsi sürətləndirməlidir. Hər kəs bilməlidir ki, kim Azərbaycan əleyhinə təbliğat aparırsa, o, vətənə xəyanət edir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR