İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov: “Avropada Azərbaycana qarşı fəaliyyət göstərən adamlar var”

Milli Məclisdə “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılb. Komitə sədri Siyavuş Novruzov çıxışında bildirdi ki, belə konvensiyalar qəbul olunanda qarşılıqlı şəkildə öhdəliklərə əməl olunmalıdır.

S.Novruzov dedi ki, Azərbaycandan hansısa öhdəliklərə əməl etməyi tələb edənlərin yadına nədənsə özlərinin hansı öhdəliklər götürdükləri düşmür. “Bu gün Avropa ölkələrində Azərbaycana qarşı fəaliyyət göstərən kifayət qədər adamlar var. İnsanları təhqir edirlər, şərəf və ləyaqətini təhqir edirlər, dövlət başçısına, deputatına, sənət adamına qədər hər kəsi. Amma bu barədə məsələ qaldırılan kimi, həmin şəxsləri Fransa İtaliyaya, İtaliya Almaniyaya ekstradisiya edir. Halbuki Azərbaycana ekstradisiya olunmalıdır, məsələnin aAlmaniya, ya İtaliyaya aidiyyatı yoxdur”.

Komitə sədri parlamentin yaxın tarixində baş vermiş hadisəyə də toxundu: “Rəhmətlik həmkarımız Şamil Qurbanov bir kəlmə söz işlətdi, burdakı müzakirələrdə iştirak edən səfirlər durub Milli Məclisi tərk etdilər”.

S.Novruzov dedi ki, professorun bir kəlməsinə dözə bilməyənlər nədənsə erməni lobbisinin maliyyəsi ilə xaricə sığınan, Azərbaycana qarşı həqarətlər yağdıranları himayə edirlər: “Gələcəkdə belə konvensiyalara qoşulanda şərtlərimizi də ortaya qoymalıyıq. Bildirməliyik ki, şərtlər hamı üçün bərabər olmalıdır”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR