İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasi şərhçidən İşxanyana tutarlı cavab  

Qarabağdakı separatçı rejimin “parlament sədri” David İşxanyan yenə də xislətinə uyğun danışıb. “Bizim Laçın dəhlizi adlanan bir yolumuz var və bu yolda fasiləsiz hərəkət bərpa olunmalıdır. Bu, 9 noyabr 2020-ci il tarixli sənəddə də öz əksini tapıb” – deyə o bildirib.

Siyasi şərhçi, ovqat.com saytının baş redaktoru Heydər Oğuz Musavat.com-a deyib ki, deyəsən, İşxanyan unudur ki, onun haqqında danışdığı Bəyanatda Zəngəzurun yolunun da açılmasından bəhs olunub: “Bu yol açılmayanadək məlum Bəyanatın tələbləri yerinə yetirilməmiş sayılacaq və məsuliyyət erməni tərəfinin üstünə düşəcək. Üstəlik, həmin bəyanat nə Azərbaycan, nə də Ermənistan tərəfindən ratifikasiya olunub, deməli, qüvvəyə minmiş də deyil.

O bəyanat olsa-olsa niyyət protokolu kimi dəyərlidir. Niyyət protokolları isə onu imzalayanlar qarşısında hər hansı öhdəlik yaratmır. Necə ki, ermənilər, ruslar onu rahatlıqla və tez-tez pozursa, Azərbaycan da eyni qaydada ondan imtina edə bilər. Digər tərəfdən Azərbaycan o bəyanatı İrəvanla bağlayıb. Xankəndi niyə yuyulmamış qaşıq kimi özünü ortaya atır? Zəhmət çəksin, Paşinyan bu məsələni gündəmə gətirsin, İlham Əliyev də Bəyanatda nələr yazıldığını və İrəvanın hansı öhdəliklərini indiyədək yerinə yetirmədiyini ona başa salsın”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR