Onlayn ictimai-siyasi qəzet
"Rəsmi İrəvanın digər ölkələrlə müxtəlif əməkdaşlıq sənədlərini imzalamaqla bağlı fəaliyyəti Ermənistan və onun xalqı üçün mürəkkəb nəticələrə səbəb ola bilər".
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin öz Telegram kanalında yazıb.
"Yuxarıda qeyd olunan sənədlərin nə dərəcədə ciddi şəkildə hazırlanması və Ermənistanın artıq digər tərəfdaşlar və beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğunluğu suallar doğurur. Bu, ən azı Aİİ və KTMT-yə aiddir. Biz tarixdən bilirik ki, siyasətdə qumar çox vaxt gözlənilməz nəticələr verir", - deyə o qeyd edib.
Musavat.com
15 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ