İnsanlara hürriyət, millətlərə istiqlal!

Şirkət işçilərini alov udmağa məcbur etdi - Qalmaqal qopdu - FOTO

Çinin şimal-şərqindəki Lyaonin əyalətində yerləşən şirkətin rəhbərliyi əməkdaşlarına təhlükəli tapşırıq verdiyi üçün tənqid atəşinə tutulub.

Məlumata görə, həmin şirkət təhsil sahəsi üzrə fəaliyyət göstərir. Burada cəmi bir il müddətinə işləyən şirkətin keçmiş əməkdaşı bununla bağlı sosial şəbəkə hesabında məlumat yayıb. O, bildirib ki, şirkət rəhbərliyi onun həmkarlarını alov udmağa məcbur edib və bunun qorxuların öhdəsindən gəlməyə, özünəinamı artırmağa kömək edəcəyini iddia edib.

Timbildinq (komandanın qurulması) zamanı əməkdaşlar yanan pambıq çubuqlarını ağızlarına soxaraq söndürməli imişlər. Qadın da bu təlimdə iştirak edib və o, işini itirməkdən qorxduğu üçün risk etmək qərarına gəlib.

"Məqsəd ondan ibarət idi ki, şirkət rəhbərliyinə əzmkarlığımızı göstərməli idik. Qalib gəlmək və pul qazanmaq istədiyimizi nümayiş etdirməli idik", - deyə o bildirib.

İndi o, keçmiş işəgötürənə qarşı səlahiyyətli orqanlara şikayət etmək niyyətindədir./Milli.Az /

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR