İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyan: Tavuşun dörd kəndində inamlı qələbə qazanacağıq

Baş nazir niyə deyir ki, biz bu 4 kəndi vermədik, aldıq? Çünki bizim sərhəd çəkmək imkanımız var.

Musavat.com erməni mediaasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin spikeri Alen Simonyan tərəfindən səslənib.

“İnsanlara evinizin Azərbaycan olduğunu və oranı tərk etməli olduğunuzu necə deyəcəksiniz” sualına Simonyan belə cavab verib:

“Əvvəla qeyd edim ki, baş nazir ora bir neçə dəfə gedib. Bəzi həmkarlarımız maşın sürməkdən, insanların emosiyaları, əsəbləri ilə oynamaqdan əl çəksələr, yaxşıdır... Deyirlər ki, insanlar evlərini tərk etsinlər. İlk növbədə qeyd edirəm ki, söhbət bir evdən və bir kiçik evdən gedir. Dövlət hər şeyi ödəyəcək. Sizcə, bu insanlarla heç bir söhbət aparılmır? Voskepara, Kirantsa ilk kim getdi? Baş nazir, hökumət nümayəndələri gedib, insanlarla danışdı”.

“Sakinlər eyni kompensasiyanı qəbul etməsələr, nə olacaq” sualına erməni parlament sədri belə cavab verib:

“Əgər bunu qəbul etməsələr, dövlət başqa çarə tapacaq. Bu kəndlərə gəlincə, sizi əmin edirəm ki, bir neçə ildən sonra bu kəndlər nümunəvi olacaq və orada hakim partiya 2026-cı il seçkilərində inamlı qələbə qazanacaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR