Onlayn ictimai-siyasi qəzet
İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətinə əngəl törətmək niyyətində deyil, yalnız təşkilatın erməni maraqlarına zidd olmayan sənədlərini ratifikasiya edəcək.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan danışıb.
"Əgər bu sənədlər Ermənistan Respublikasının maraqlarına ziddirsə, biz onları imzalamayacağıq, belə nümunələr olub", - deyə o qeyd edib.
Qeyd edək ki, Ermənistan rəhbərliyi uzun müddətdir KTMT-nin fəaliyyətinə qatılmır. Bu ilin martında Ermənistan KTMT baş katibinin müavini kvotasından imtina edib.
Ermənistanın baş naziri Nikol Paşinyan KTMT Kollektiv Təhlükəsizlik Şurasının bu ilin noyabrın 23-də Minskdə keçirilən iclasında iştirak etməyib. KTMT Şurasının iclasından əvvəl KTMT ölkələrinin xarici işlər və müdafiə nazirləri və Təhlükəsizlik Şurası katiblərinin iştirakı ilə keçirilən iclaslarda da Ermənistan rəsmiləri yer almayıb. Ermənistan parlamentinin sədri Alen Simonyan KTMT Parlament Assambleyasının dekabrın 19-da Moskvada keçirilən sessiyasına getməyib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ