Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamenti yaxın vaxtlarda Erməni Apostol Kilsəsinin vergi sahəsinə daxil edilməsi məsələsini müzakirə etməyi təklif edir.
Musavat.com xəbər verir ki, bu fikri parlamentin spikeri Alen Simonyan səsləndirib. O parlamentdən din xadimlərinə müraciət edib:
“Duyğularımızla, tariximizlə oynamağı dayandırın! Siyasətlə məşğul olub, diasporadan pul yığıb, şam, qazlı içkilər, şərab satıb, restoranlarda oturub, vergi ödəməməyi də! Mən başa düşmək istəyirəm ki, nəyə görə əlləri öpülən bir din xadimi vergi ödəyən, ordu üçün güllələr alan biznesmenlərdən üstün olmalıdır? Mənim üçün yüksək məbləğdə vergi ödəyənkər ən əhəmiyyətli insanlardır. Onlar Ermənistanın təhlükəsizliyini maliyyələşdirirlər".
Nigar HƏSƏNLİ,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ