İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyan: “Biz sizin ermənipərəst fəaliyyətinizi yüksək qiymətləndiririk”

Ermənistan parlamentinin sədri Alen Simonyan Türkiyə Böyük Millət Məclisinin erməni əsilli deputatı Qaro Paylanı qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Alen Simonyan bildirib ki, Ermənistan Qaro Paylanın ermənipərəst fəaliyyətini böyük diqqətlə izləyir. “Türkiyədə yaşayan milli azlıqların hüquqlarının müdafiəsini diqqət mərkəzində saxlamağınız çox vacibdir”, - deyə erməni spiker vurğulayıb.

Görüşdə Azərbaycanla bağlı məsələlər müzakirə olunub, Türkiyə-Ermənistan sərhədinin açılması məsələsinə toxunulub.

Xatırladaq ki, Qaro Paylan Türkiyə parlamentində PKK terror təşkilatına yaxınlığı ilə bilinən, separatçı ideyaları yayan HDP fraksiyasının üzvüdür. Bu fraksiya 44 günlük savaşla bağlı Türkiyə parlamentinin Azərbaycanın mövqeyini dəstəkləyən birgə bəyanatını imzalamaqdan imtina etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR