İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Koreya Ukraynaya 100 min əsgər göndərir?

Rusiya Şimali Koreya lideri Kim Çen Inın hərbi yardım təklif etməsi tələblərinə reaksiya verməli olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev KXDR-in Ukraynaya qarşı müharibəyə 100 minə qədər əsgər göndərməsi xəbərlərinin saxta olduğunu bildirib.

Rusiyanın Şimali Koreyadakı səfirliyi də bu məlumatı təkzib edib.

"Bu xəbərlər yalandır. Bununla bağlı hər hansı danışıqlar aparılmır və Şimali Koreyadan könüllülərin göndərilməsi də planlaşdırılmır", - diplomatik xidmət əmin edib.

Xatırladaq ki, Qərb mediası Şimali Koreyanın Ukrayna ilə müharibədə Rusiya ordusuna dəstək vermək üçün guya 100 min əsgərini göndərməyə hazır olduğunu yazıb.

Bununla bağlı hələ avqustun 5-də "New York Post" qəzetində yazı çıxmışdı. Bundan başqa, belə bir informasiya Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü, politoloq İqor Korotçenko tərəfindən də səsləndirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR