İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali İrlandiyada Milli Respublika Partiyası seçki birincisi olub

Şimali İrlandiyada parlament seçkiləri keçirilib.

AZƏRTAC xəbər verir ki, Şimali İrlandiyanın Böyük Britaniyadan ayrılaraq İrlandiya ilə birləşməsini müdafiə edən Sinn Fein seçkilərdə qalib gəlib.

Beləliklə, Milli Respublika Partiyası səslərin 29 faizini (27 yer), Böyük Britaniya tərəfdarı olan Demokratik Birlik Partiyası (DUP) isə 21 faiz (24 yer) səs toplayıb.

Bu nəticə ilə bölgənin 100 illik tarixində ilk dəfə İrlandiya millətçi partiyası seçkilərdə birinci yeri tutaraq baş nazir təyin etmək şansı qazanıb. Lakin Şimali İrlandiyaya məxsus güc bölgüsü sazişinə əsasən, iki tərəf regionu birlikdə idarə etməlidir.

Demokratik Birlik Partiyası Sinn Fein partiyasının lideri Mişel Oneillin baş nazir olacağı təqdirdə baş nazir müavini vəzifəsinə heç bir ad təklif etməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Sinn Fein Böyük Britaniya Parlamentinə deputat göndərməyin də əleyhinədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR