İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şimal axını”ndakı qəza qəsdən törədilib”

“Əldə olan məlumatlar onu göstərir ki, “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində qeydə alınan sızma qəsdən törədilmiş əməllərin nəticəsidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.

“Biz nə və niyə baş verdiyini aydınlaşdırmağa yönələn istənilən araşdırmanı dəstəkləyirik”, - deyə Borrell qeyd edib.

Xatırladaq ki, Rusiyadan Avropaya çəkilən əsas qaz kəməri olan “Şimal axını” və “Şimal axını-2” eyni vaxtda üç yerdən sızıb. Avropa ölkələri Kremlin Aİ-yə qarşı enerji müharibəsinin əsas silahına çevrilmiş sualtı qaz kəmərlərində təxribatdan şübhələnirlər.

Bizi Facebookda izləyin

 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR