İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şimal axını”na edilən hücumla bağlı YENİ BƏYANAT - Təxribatın arxasında KİM DAYANIR?

Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar koordinatoru Con Kirbi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Musavat.com xəbər verir ki, Britaniyanın Ukraynaya tərkibində zəiflədilmiş uran olan döyüş sursatı göndərəcəyi təqdirdə Rusiyanın buna necə cavab verəcəyi ilə bağlı suala Kirbi belə cavab verib: "Bu, Britaniyanın suveren qərarıdır və zəiflədilmiş uran adi sursat növüdür".

419 (1).jpg (75 KB)

Kirbi ABŞ-ın Ukraynaya zəiflədilmiş uranı vermədiyini, ancaq ümumilikdə bunun radioaktiv təhlükə yaratmadığını bildirib, Rusiyaya tövsiyə edib ki, əgər tankların zədələnəcəyini düşünürlərsə, Ukraynadan qoşunları geri çəksinlər.

Rusiyanın Qara dənizdə ABŞ pilotsuz uçan aparatını vuran pilotları mükafatlandırması ilə bağlı suala isə Ağ Ev rəsmisi belə cavab verib: “Ən pis halda özünü və ABŞ pilotsuz təyyarəsini böyük riskə atan pilota cəsarət mükafatını niyə verdiklərinə dair heç bir məlumatım yoxdur. Bu, ən yaxşı halda axmaqdır".

Kirbi, həmçinin Şimali Koreyanın nüvə fəaliyyətləri ilə əlaqədar olaraq, bu ölkənin yaxın gələcəkdə nüvə hücumu edəcəyinə dair heç bir işarənin olmadığını, lakin vəziyyəti izlədiklərini ifadə edib. O, Şimali Koreya lideri Kim Çen Inı heç bir şərt qoymadan ABŞ-la masa arxasında oturtmağa çağırdıqlarını bildirib.

1440x810_cmsv2_860c4682-0852-579.jpg (114 KB)

“Şimal axını” boru kəmərlərinə edilən hücumlarla bağlı sualı cavablandıran koordinator hadisə ilə bağlı üç fərqli ölkə tərəfindən araşdırmaların aparıldığını və nəticəni gözlədiklərini bildirib.

"Biz hələ də “Şimal axını” boru kəmərlərinə edilən hücumların təxribat olduğuna inanırıq. Bəzi KİV-lərin xəbərlərinin əksinə olaraq, ABŞ bu hücumda heç bir şəkildə iştirak etməyib", - Kirbi deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR