Onlayn ictimai-siyasi qəzet
Sikorski: Macarıstanın Rusiya məsələsində “mənəvi aydınlığı” yoxdur
Musavat.com xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyaya qarşı 17-ci sanksiya paketinin qəbul perspektivlərindən danışarkən, onun qəbuluna yenidən Macarıstanın maneə olduğunu bildirib.
“Bizdə bir ölkə var – Macarıstan, onun bizdə olan mənəvi aydınlığı yoxdur. Putinin hücumları sayəsində biz bu aydınlığa sahibik. O, sülhdən danışır, amma dinc sakinləri bombalayır, uşaqları öldürür. Qurban atəşkəsə razılaşır, o isə ya şərtləri sərtləşdirir, ya da hücumlarını artırır. Bu bizə mənəvi aydınlıq verir, amma görünür, bütün ölkələr bu prinsiplərlə hərəkət etmir”, – deyə Sikorski vurğulayıb.
Aİ xarici işlər nazirlərinin görüşündə çıxış edən Sikorski, Macarıstanı Avropa Sülh Fondundan Ukraynaya ayrılacaq 7 milyard avronun bloklanmasından imtina etməyə və Aİ-Ukrayna danışıqlarının ilk mərhələsinin başlanmasına razılıq verməyə çağırıb.
“Amma bu, divarla danışmaq kimidir,” – deyə Polşa diplomatiyasının rəhbəri əlavə edib.
Musavat.com
16 Aprel 2025
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ