İnsanlara hürriyət, millətlərə istiqlal!

Əgər haylar yeni təxribat törətməyə qalxarlarsa…- Bakıdan xəbərdarlıq

Bu gündən Ermənistanda hərbi təlim məşqlərinə başlanıb və o, düz iyulun 15-dək davam edəcək. Maraqlıdır ki, elə məhz bu gün, uzunmüddətli məşqlərə start verilər-verilməz Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsselə gedərək orada Avropa Birliyinin hərbi məsələlər üzrə komissarı Andryus Kubilyusla görüşdü.

Musavat.com-un məlumatına görə, bunu deputat Sahib Alıyev bildirib. O qeyd edib ki, Brüsseldəki görüşdə Avropa Birliyinin “sülh” fondunun xətti ilə Ermənistana verilən dəstəkdən, yəni silahlanmaq üçün pul ayrılmasından, hərbi və hərbi sənaye sahəsində birgə əməkdaşlıqdan bəhs edildiyi vurğulanır: “Bilmirəm həmən görüşdə İran xüsusi təyinatlılarının “ya Fatimeyi-Zəhra" hayqırtıları altında məscidləri yerlə yeksan edən, içində donuz saxlayanlarla birgə təlimləri haqda da danışılıbmı? Amma bu təlimlərin qərbdəkiləri, ilk növbədə də fransızları narahat etmədiyi, əksinə vəcdə gətirdiyi Olivye Dekotininin sosial şəbəkədəki paylaşımından da görünürdü. Söhbət Fransanın Ermənistandakı səfirindən gedir. Səfir İran-Ermənistan birgə təlimlərindən dərhal sonra ölkəsinin xarici işlər naziri Jan-Noel Barrota istinadla Avropa Birliyinin Ermənistandakı casus missiyasının daha da genişləndiriləcəyinə ümüid etdiyini bildirirdi. Mən burada bir neçə dəfə qeyd etmişəm, yenə vurğulayıram ki, Dekotininin Ermənistanda ən sıx əlaqə saxladığı adam heç də hər hansı hay rəsmisi yox, İranın Ermənistandakı həm də səfiri, hələ Yaxın Şərqdən yaxşı tandıdığı Mehdi Sübhanidir.

Belə anlaşılır ki, Avropa Birliyi ilə İranın bizim regionda maraqları üst-üstə düşür”.

Deputatın sözlərinə görə, bu maraqların arxasında onların sözdə dedikləri kimi sülh niyyətinin gizləndiyi isə elə də inandırıcı görünmür: “Çünki İran Ermənistanla birgə təlimləri qarşı tərəfin şərti sərhəddə atəşkəsi intensiv şəkildə pozmağa başladığı bir vaxtda oldu. Birgə təlimlərdə məqsədin heç də təqdim edildiyi kimi “şərti terrorçu qrupların sərhəd-keçid məntəqələrinə hücumlarını zərərsizləşdirmək” olmadığı İranın bizim region üzrə ixtisaslaşan və SEPAH-a bağlı ekspertlərindən biri Ehsan Movahidianın açıqlamasında da etiraf edilir. Movahidian bildirir ki, onlar əqidə qardaşlarıyla bu təlimləri “qırmızı xətt” məntiqindən çıxış edərək keçiriblər. O deməsə belə, terrora dəstək və onu dövlət siyasətinə çevirməklə bağlı adları ən çox hallandırılan iki ölkənin guya “şərti terrorçu qrupların sərhəd-keçid məntəqələrinə hücumlarını zərərsizləşdirmək” məqəsdilə birgə təlim keçirdiklərini bildirmələri ən yaxşı halda acı gülüş doğururdu.

Bir sözlə, Ermənistanın bəlli çevrələrin xeyir-duasıyla yeni təhlükəli oyunlara başladığı göz önündədir. Əgər haylar yeni təxribat törətməyə qalxarlarsa, bunun da qarşısının əvvəlkilər kimi qətiyyətlə alınacağı şübhəsizdir”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR