Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, “Meta” şirkətinin rəhbəri Mark Zukerberq ABŞ-da davam edən antiinhisar məhkəmə prosesində diqqətçəkən etirafla çıxış edib.
Məhkəmənin ikinci günündə verdiyi ifadədə Zukerberq bildirib ki, o, “Instagram”ı texnoloji üstünlüklərinə görə, xüsusilə də tətbiqin kamerasının Facebook-un hazırladığı kameradan daha yaxşı olduğu üçün satın alıb.
Zukerberqin bu etirafı ABŞ Federal Ticarət Komissiyasının (FTC) və digər iddiaçıların “Meta”nın rəqibləri udaraq rəqabəti boğduğu iddialarını gücləndirə bilər.
Məhkəmə prosesi çərçivəsində Zukerberq həmçinin bildirib ki, 2012-ci ildə Instagram-ın populyarlığı artdığı dövrdə Facebook daxilində hazırlanan kamera funksiyası uğursuz alınmışdı və bu səbəbdən onlar Instagram-ı satın almağı daha məqsədəuyğun hesab ediblər.
ABŞ rəqabət orqanları isə bu addımı bazarda inhisarçılıq kimi dəyərləndirir. FTC-yə görə, Meta bu tip satınalmalarla bazarda dominant mövqeyini gücləndirir və alternativ platformaların inkişafına mane olur.
Qeyd edək ki, Meta 2012-ci ildə Instagram-ı təxminən 1 milyard dollara satın almışdı. Bu gün isə platforma Meta imperiyasının əsas sütunlarından birinə çevrilib. Məhkəmə prosesi davam edir və nəticəsi həm Meta, həm də texnoloji bazarda rəqabət mühitinin gələcəyi baxımından həlledici ola bilər.
Musavat com
22 Aprel 2025
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ