Onlayn ictimai-siyasi qəzet
ABŞ İsraili iki ay ərzində Suriyadakı qoşunlarının mərhələli şəkildə çıxarılmasına başlamaq niyyəti barədə məlumatlandırıb.
Musavat.com xəbər verir ki, məlumatı Ynet portalı yayıb.
Portalın yazdığına görə, ABŞ təhlükəsizlik rəsmiləri bu barədə İsrail kəşfiyyatının rəhbərliyinə məlumat veriblər. Bildirilir ki, İsrail hadisələrin bu cür inkişafının qarşısını almağa çalışsa da, buna nail ola bilməyib. Bununla belə, İsrail kəşfiyyat rəsmiləri Amerika hərbçilərinin Suriyada qalması üçün
Vaşinqtona təzyiq etməkdə davam edir.
2024-cü ilin dekabrında Pentaqon Suriyada 2000-ə yaxın Amerika hərbçisinin olduğunu bəyan edib.
2025-ci ilin fevral ayının əvvəlində NBC News mənbələrə istinadən xəbər verib ki, Pentaqon bütün Amerika qoşunlarının Suriyadan çıxarılması variantını nəzərdə tutan plan hazırlayır. Mənbələr qeyd ediblər ki, “ABŞ prezidenti Donald Tramp və ona yaxın rəsmilər son vaxtlar ABŞ qüvvələrinin Suriyadan tam çıxarılmasında maraqlı olduqlarını bildiriblər”.
Musavat.com
16 Aprel 2025
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ