İnsanlara hürriyət, millətlərə istiqlal!

Si Cinpindən nüvə silahı ilə bağlı Putinə "etmə, eləmə" mesajı...

Çin prezidenti Si Cinpin şəxsən Rusiya prezidenti Vladimir Putinə Ukraynadakı münaqişədə nüvə silahından istifadə etməmək barədə xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın “The Financial Times” qəzeti Qərb və Çin rəsmilərinə istinadən yazıb.

Analoji söhbətin Si Cinpinin 2023-cü ilin martında Moskvaya dövlət səfəri zamanı da baş tutduğu bildirilir. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, nüvə silahından istifadənin qəbuledilməzliyi ilə bağlı müddəalar Çin liderinin təklifi ilə iki liderin birgə bəyanatına daxil edilib.

Qəzetin mənbələri deyirlər ki, mart ayından bəri Çin rəsmiləri Rusiya tərəfini Ukraynaya qarşı nüvə silahından istifadə etmək üçün üstüörtülü təhdidlərdən əl çəkməyə içağırırlar.

Qəzet qeyd edir ki, çox güman ki, Çin lideri bu addımın ikitərəfli münasibətlərı olduqca mənfi təsir göstərə biləcəyini deyib.

Çin bundan əvvəl də Ukraynadakı münaqişədə nüvə silahının istifadəsinə açıq şəkildə qarşı çıxıb.

Çin hökumətinin adının açıqlanmasını istəməyən müşaviri nəşrə bildirib ki, Rusiyanın bu cür silahlardan istifadə etməkdən çəkindirməsi Çinin Avropa ilə münasibətləri bərpa etmək cəhdlərində mərkəzi rol oynayır. Bu, görünür, Avropanın özündə də qeyd olunur: Avropa diplomatiyasının rəhbəri Cozep Borrel bildirib ki, Si Cinpinin mart ayında Moskvaya səfəri “nüvə müharibəsi riskini azaldır”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR