İnsanlara hürriyət, millətlərə istiqlal!

Si Cinpin - Rişi Sunak görüşü ləğv olunub

İndoneziyanın Bali adasında keçirilən “Böyük iyirmilik” (“G20”) qrupunun sammiti çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə Böyük Britaniya Baş naziri Rişi Sunakın planlaşdırılan ikitərəfli görüşü ləğv olunub.

AZƏRTAC “South China Morning Post” qəzetinə istinadla xəbər verir ki, görüşün ləğvinə səbəb Polşa ərazisinə 2 raket düşməsi ilə əlaqədar “Böyük yeddilər” (“G7”) qrupuna və NATO-ya daxil olan ölkələrin liderlərinin təcili müzakirələr aparması ilə əlaqədardır.

Qeyd edək ki, Çin və Böyük Britaniya liderləri arasında sonuncu görüş 2018-ci ildə baş tutub. Tərəflər arasında son vaxtlar Honkonq məsələsi də daxil olmaqla bir çox mövzulara görə soyuq münasibət müşahidə olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR