Onlayn ictimai-siyasi qəzet
Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşən Çin Xalq Respublikasının Sədri Si Cinpin COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdırıb.
Musavat.com xəbər verir ki, Si Cinpin ölkəsinin də bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını deyib.
Görüşdə həmçinin COP29 çərçivəsində nümayəndə heyətlərimizin yaxından əməkdaşlıq etməsinin önəmi qeyd olunub.
Si Cinpin Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyinə toxunaraq, COP29-un sədri kimi Azərbaycanın və Çinin Qlobal Cənubun bir hissəsi olduqlarını deyib.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ