İnsanlara hürriyət, millətlərə istiqlal!

“Shokki Mokki” yenə uşaqları sevindirib

“Shokki Mokki” yarandığı gündən uşaqlar üçün keçirdiyi sosial layihələri ilə seçilib. Həmişə maraqlı və fərqli təşəbbüslərlə çıxış edən marka azyaşlıları sevindirməyə nail olub.

Bu dəfə “Shokki Mokki” 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Dreamland Trampoline əyləncə mərkəzində 1, 2, 3 saylı uşaq evlərindəki balacalar üçün əyləncə təşkil edib. Sosial layihə çərçivəsində onlar üçün alov və köpük şousu keçirilib. Eyni zamanda əsrarəngiz sehirləri ilə uşaqları heyrətə gətirən sehrbaz da əyləncədə iştirak edib. Sonda “Shokki Mokki”nin maskotu uşaqlara hədiyyə verərək onları sevindirib.

İlk milli uşaq brendi olan “Shokki Mokki”nin son zamanlarda uşaqlar üçün həyata keçirdiyi sosial layihələrdən biri də “Məktəbim” layihəsidir. Bu layihə çərçivəsində 2-6 yaş arasında uşaqlar məktəbəqədər təhsilə cəlb olunub.

Siz də mağazalardan “Shokki Mokki” məhsulu almaqla layihəyə dəstək verə bilərsiniz.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR