İnsanlara hürriyət, millətlərə istiqlal!

Şeyxin müavini gəlinini məhkəməyə verdi


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İctimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı keçmiş gəlini Ülviyyə Cavadlını məhkəməyə verib.

Musavat.com-un “Qafqazinfo”ya istinadən məlumatına görə, Q.Cavadlı qardaşının keçmiş həyat yoldaşı Cavadlı Ülviyyə Səmədağa qızı barədə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsilə xüsusi ittiham qaydasında şikayət edib.

Onun şikayətinə Binəqədi rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə baxılacaq. Hazırlıq iclası iyulun 27-də baş tutacaq.

Qeyd edək ki, Qəmər Cavadlının qardaşı Lətif Cavadlı ötən il dünyasını dəyişib. O, Ülviyyə Cavadlı ilə 2019-cu ildə boşanıb. Tərəflər arasında mülk mübahisəsinin olduğu bildirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR