İnsanlara hürriyət, millətlərə istiqlal!

Seymur Herşdən sensasion iddia: "Bayden "Şimal axını"nı niyə partlatmışdı?

Məşhur amerikalı jurnalist Seymur Herş bildirib ki, ABŞ prezidenti Co Baydenin Rusiyanın “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərinə hücum qərarını Ukraynadakı döyüş meydanında məğlubiyyətlər fonunda verilib.

Musavat.com xəbər verir ki, Herş "CGTN America" YouTube kanalında yayımlanan müsahibəsində söyləyib ki, Bayden Qərbi Avropanın, xüsusən də Almaniyanın münaqişəni maliyyələşdirməyə davam etməkdən imtina edə biləcəyindən narahat idi. 

Herş hesab edir ki, partlayışın "saxta pasportu olan bir qrup ukraynalı" tərəfindən törədildiyi versiyası tənqidlərə tab gətirmir. "Hekayə sadəcə gülüncdür", - Herş deyib.

Jurnalist qeyd edib ki, Vaşinqton bu akta böyük ümid bəsləyib, lakin o, “sonda puça çıxıb”.

Daha əvvəl Seymur Herş bildirmişdi ki, 2022-ci ilin payızından Almaniya kansleri Olaf Şolts ABŞ-a "Şimal axını"nda təxribat barədə məlumatı gizlətməyə kömək edib. Jurnalist xatırladıb ki, Şolts martın əvvəlində ABŞ-a rəsmi səfər edib. Sonradan məlum olub ki, onlar arasında 80 dəqiqəlik təkbətək görüş olub. Herşin mənbələrinə görə, Şolts və Bayden qaz kəmərlərindəki partlayış mövzusunun dilə-dişə düşməsinin müzakirə ediblər. Bundan sonra MKİ və Almaniya kəşfiyyatına partlayışların media üçün alternativ variantını hazırlamaq tapşırılıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR