İnsanlara hürriyət, millətlərə istiqlal!

Sevgilisi tərəfindən qızı öldürülüb, özü bıçaqlanan qadının vəziyyəti AÇIQLANDI - FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ötən gün Sabunçu rayonunda sevgilisi tərəfindən bıçaqlanan qadının son vəziyyətini açıqlayıb.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü vətəndaş fevralın 2-də 02:30 radələrində Sabunçu Tibb Mərkəzinə yerləşdirilib:

“Ona müxtəlif nahiyələrin kəsilmiş yaraları diaqnozu qoyulub. Zəruri tibbi xidmətlər göstərilib. Hazırda tibb müəssisəsinin Travmatologiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti stabildir”.

Qeyd edək ki, fevralın 2-də saat 01:15-də Sabunçu rayonu Maştağa qəsəbəsində 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cü il təvəllüdlü Günay Şadatovanın kəsilmiş-deşilmiş xəsarətlər almaları ilə bağlı polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 1981-ci il təvəllüdlü Zaur Babayev müəyyən olunaraq saxlanılıb. Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.

1675414200_fotojet-2023-02-03t002133_596.jpg (87 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR