İnsanlara hürriyət, millətlərə istiqlal!

Sevgi mahnıları oxuyan müğənni sevgilisini öldürüb

Özbəkistanlı müğənni Dilmurod Daliyev qətldə şübhəli bilinərək həbs edilib.

Musavat.com Özbəkistan mediasına istinadla xəbər verir ki, alqın səsi” xəbər verir ki, bu barədə Özbəkistanın Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Verilən xəbərə görə, hadisə martın 23-də saat 01:55 radələrində baş verib. Riştan bölgəsində yaşayan 36 yaşlı müğənni birgə yaşadığı 31 yaşlı qadınla dava edib. Mübahisə zamanı o, mətbəx bıçağını götürərək qadına bir neçə zərbə vurub. Hadisə nəticəsində zərərçəkmiş müxtəlif dərəcəli bədən xəsarətləri, həyati təhlükə daşıyan bədən xəsarətləri alıb və öz evində, hadisə yerində ölüb.

Hazırda faktla bağlı Özbəkistan Respublikası Cinayət Məcəlləsinin 97-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) ilə iş başlanıb. İstintaq öncəsi yoxlama və hadisənin təfərrüatlarının öyrənilməsi davam edir.

Mətbuatda Dilmurod Daliyevin repertuarında əsasən sevgi mahnıları olduğu bildirilir. Müğənni son illər fəal şəkildə mahnı və kliplər yayımlayır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR