Onlayn ictimai-siyasi qəzet
Fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında görüş olub.
Görüşün səbəbi mineral sərvətlərlə bağlı müqavilənin imzalanması olub, lakin bu, baş tutmayıb.
İki ölkə liderləri mətbuat konfransında mübahisə edib, bundan sonra Zelenski Ağ Evi tərk edib.
Milli.Az xəbər verir ki, Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko "İnstaqram" səhifəsində paylaşım edərək Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstək verib.
"İndi gücümüz həmişəkindən daha çox birlikdədir. Biz Sizi dəstəkləyirik, cənab Prezident! - Şevçenko yazıb. (Publika.az)
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ