İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanının vəliəhdi baş nazir olub

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman çərşənbə axşamı elan edilən hökumət dəyişikliyində kralın baş naziri təyin edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu addımla artıq bir neçə ildir krallığın faktiki hökmdarı olan Şahzadə Məhəmmədin hakimiyyəti demək olar ki, tam rəsmiləşdirilir.

Səudiyyə Ərəbistanının rəsmi mətbuat agentliyi tərəfindən dərc olunan kral Salmanın fərmanına əsasən, daxili işlər, xarici işlər və energetika da daxil olmaqla, digər əsas nazirliklərin rəhbərləri yerində qalıb.

Keçən ay 37 yaşı tamam olan şahzadə Məhəmməd 2017-ci ildən bəri atasının yerinə krallıq üçün əsas namizəd sayılır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR