İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanı Türkiyəyə humanitar yardım daşıyan 6 təyyarə göndərib

Səudiyyə Ərəbistanın Kralı Salman bin Əbdüləzizin göstərişinə əsasən, krallığın Kral Xalid Beynəlxalq Aeroportundan Türkiyədə zəlzələdən zərərçəkənlərə humanitar yardım daşıyan 6 yük təyyarəsi yola salınıb.

AZƏRTAC Saudi Press informasiya agentliyinə istinadla xəbər verir ki, növbəti- 6-cı təyyarəyə yüklənən 98 ton humanitar yardıma ərzaq məhsulları, çadırlar, tibbi ləvazimat, dərman preparatları və s. daxildir. Ümumilikdə, Səudiyyə Ərəbistanının Kral Salman Humanitar Yardım və Bərpa Mərkəzi Türkiyəyə 500 tondan artıq yardım göndərib. Mərkəz, həmçinin Suriyada zəlzələdən zərər çəkənlərə də humanitar yardım göstərib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR