Onlayn ictimai-siyasi qəzet
Səudiyyə Ərəbistanı ABŞ prezidenti Donald Trampın fələstinlilərin Qəzzadan köçürülməsi təşəbbüsünü kəskin tənqid edib.
Musavat.com-un xəbərinə görə, ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb ki, Ər-Riyad müstəqil Fələstin dövləti yaradılmayana qədər İsraillə diplomatik əlaqələr qurmayacaq.
Səudiyyə Ərəbistanı həmçinin "işğal və məcburi köçkünlük də daxil olmaqla fələstinlilərin hüquqlarını pozan hər hansı hərəkəti" pisləyib.
Krallığın mövqeyi onun Fələstin məsələsinə sarsılmaz dəstəyini və regionda demoqrafik vəziyyətin dəyişməsinə səbəb ola biləcək hər hansı təşəbbüslərə qarşı olduğunu vurğulayır.
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ