İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərxoş sürücünün avtomobilindən "patı" tapıldı

Xırdalanda avtomobili sərxoş və sürücülük vəsiqəsi olmadan sürən şəxs saxlanılıb.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Xırdalan şəhəri ərazisində “TOFAŞ” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə saxlayıb.

Araşdırmalarla sürücü, Abşeron rayon sakini Cavid Səmədovun sürücülük vəsiqəsinin müddətinin bitməsi və onun sərxoş halda olması müəyyən edildiyindən barəsində inzibati protokol tərtib edilib.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı isə oradan 14 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR