İnsanlara hürriyət, millətlərə istiqlal!

Serxio Ramos üçün SON ŞANS - Bu təklifi qəbul etməsə, klubsuz qalacaq

"Real Madrid"in və "Sevilya"nın sabiq kapitanı Serxio Ramos Braziliyaya keçə bilmədiyi üçün klubsuz qalıb.

Bundan əvvəl Səudiyyə Ərəbistanından aldığı təklifi sərfəli hesab etməyən veteran müdafiəçisi "Botafoqo", "Vasko De Qama" və "Flamenqo"nun dəvətini də eyni səbəbdən geri çevirib.

Hazırda İspaniyada fərdi məşq edən Ramos cəmi bir variantı qalıb - MLS. Futbolçu karyerasını uzatmaq üçün yeganə real variantı "San Dieqo" klubudur. Sözügedən MLS təmsilçisi Ramosla maaş tələbinin azaldılması şərti ilə razılaşmaqda maraqlıdır. (fanat.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR