Onlayn ictimai-siyasi qəzet
Bir neçə saat əvvəl mətbuatda həbs edilməsi ilə bağlı xəbəri yayılan futbol üzrə Türkiyə millisinin sabiq üzvü Ümit Karan qısa videomüraciət yayımlayıb.
Milli.Az xəbər verir ki, keçmiş futbolçu açıqlamasında həbs olunması ilə bağlı yayılan məlumatları təkzib edib.
"2015-ci ildən barəmdə cinayət işi var idi. Bu gün vəkilimlə birlikdə ədliyyə orqanında işlərimi həll etdim. Həbs edilməmişəm. Xahiş edirəm, saxta xəbərlərə inanmayın", - deyə Ü.Karan bildirib.
20 Oktyabr 2025
19 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ